Azərbaycan Kubokunun 2022/2023 mövsümünün final matçının keçiriləcəyi stadion bir neçə gün əvvəl müəyyənləşdi.
Peşəkar Futbol Liqasının qərarına əsasən oyun “Bakcell Arena”da baş tutacaq.
Hazırda kubok yarışında yarımfinal mərhələsidir. Burada “Səbail” “Qəbələ” ilə “Neftçi” isə “Turan Tovuz”la finala yüksəlmək uğurunda mübarizə aparacaqlar.
Göründüyü kimi, “Neftçi” həlledici qarşılaşmanı doğma meydanda keçirə bilər.
Belədə məkan seçimini ədalətli saymaq olarmı?
“Qəbələ”nin prezidenti Fariz Nəcəfov Newsport.az-a açıqlamasında sualımıza cavab olaraq bunları deyib:
“Biz hələ finala vəsiqəni təmin etməmişik. Hər şey davam edir. Əgər finala çıxa bilsək, məncə, problem olmayacaq.