"Sumqayıt" rəhbərliyindən sərt addım: əsas heyətin iki üzvü əvəzedici komandaya göndərildi

Ötən gün "Sumqayıt"da klubdaxili iclas keçirilib. 

Newsport.az-ın məlumatına görə, klub rəhbərliyinin, məşqçilər korpusunun və bütün futbolçuların iştirak etdiyi iclas çox uzun çəkib.

İclasda futbolçuların cari mövsümün geridə qalan ilk 3 turdakı çıxışı, xüsusilə "Neftçi" ilə son matç çox sərt şəkild tənqid olunub. Daha sonra isə qəbul edilən qərarlar açıqlanıb. Beləliklə, əsas heyətin aparıcı üzvlərindən olan Emin Mehtiyevlə Uğur Pamuk məhz zəif təsir bağışladıqları üçün əvəzedici komandaya göndəriliblər. Digər futbolçulara isə qısa zamanda toparlanmağı və IV turda "Zirə" üzərində qələbə qazanmaları tapşırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right