"Uzun müddətdən sonra qol vurmaq sevindiricidir" Meza Kolli

"Neftçi"nin futbolçusu Sezar Meza Kolli Misli Premyer Liqanın 25-ci turunda "Turan Tovuz"u məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Newsport.az xəbər verir ki, komandasının ilk qolunu vuran paraqvaylı yarımmüdafiəçi 4:0 hesabıyla başa çatan görüşlə bağlı klubun televiziyasına bunları deyib:

"Qələbə qazandığımıza görə sevinirəm. Qol vurduğum üçün də şadam. Komandaya fayda verməyə çalışıram. Uzun müddət sonra qol vurmaq sevindiricidir. Burada bütün komandanın əməyi var. Əsas olan qələbə qazanmaq idi. Yavaş-yavaş formamı bərpa etməyə çalışıram. Tam hazır olduğumu demək olmaz".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right