Mahir Emreli baş məşqçisiz qala bilər

Milli komandamızın futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Konyaspor”un baş məşqçisi Aleksandar Stanoyeviç istefa verə bilər. 50 yaşlı mütəxəssis bu barədə “Giresunspor”la qolsuz heç-heçə etdikləri Superliqanın XXIV tur oyunundan sonra mətbuat konfransında açıqlama verib.

Serbiyalı məşqçi komandanın maraqları üçün lazım olan hər şeyi etməyə hazır olduğunu bildirib: “Belə bir istək varsa, məsləhətləşib danışa bilərik. Klubun xeyri üçün lazım olanı etməyə hazıram. Əlbəttə ki, bunu da düşünə bilərəm”.

Qeyd edək ki, Konya təmsilçisi çempionatda ardıcıl 5 oyundur qələbə qazana bilmir. Bunların 4-də məğlubiyyətlə üzləşən komanda hazırda 28 xalla 9-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right