Mahir Emreli “Konyaspor”da rəsmi debüt etdi

Azərbaycan millisinin futbolçusu Mahir Emreli qış fasiləsində keçdiyi Türkiyənin “Konyaspor” klubunda rəsmi debüt edib.

Newsport.az xəbər verir ki, 26 yaşlı hücumçu Super Liqanın 24-cü turu çərçivəsində evdə “Girəsunspor”a qarşı keçirdikləri oyunda start heyətdə meydana çıxıb.

Xatırladaq ki, Emreli müqavilə ilə Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna məxsusdur və “Konyaspor”a cari mövsümün sonunadək icarəyə verilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right