"Qarabağ" "Ayaks" və "Portu" ilə eyni qrupda

Aprelin 6-dan 9-dək Türkiyənin İzmir şəhərində keçiriləcək “İzmir Cup” beynəlxalq turnirində “Qarabağ” FK-nın U-12 komandası iştirak edəcək.

Newsport.az xəbər verir ki, Elşad Xudadatovun baş məşqçisi olduğu komanda “Ayaks” (Niderland), “Başakşəhər” (Türkiyə), “Bursaspor” (Türkiyə), “Ayntraxt” (Almaniya), “Portu” (Portuqaliya), “Srvena Zvezda” (Serbiya), “Manisa” (Türkiyə) və “Altınordu” (Türkiyə) klubları ilə birlikdə E qrupunda qərarlaşıb.

 

"Neftçi"nin U-12 komandası da "İzmir Cup"da iştirak edəcək. "Ağ-qaralar" H qrupunda Türkiyənin “Beşiktaş”, “Giresunspor”, İzmir şəhərinin çempionu, İtaliyanın “Yuventus”, Almaniyanın “Şalke”, Fransanın “Mets”, Belçikanın “Vesterlo” və Rusiyanın “Zenit” klubları ilə mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right