"Şamaxı"nın baş məşqçisi: "İstədiklərimizi yerinə yetirdilər"

"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Misli Premyer Liqasının 25-ci turunun "Zirə" ilə (2:2) matçından sonra mətbuat konfransında iştirak edib.

Newsport.az xəbər verir ki, gənc mütəxəssis matçla bağlı danışıb:

"Zirə" avrokuboklar uğrunda mübarizə aparan, çətin rəqiblərdən biridir. Onlar topa sahib olmağı çox sevir. Sürətli hücumları da olur. Bu haqda futbolçulara əvvəlcədən də, məlumat vermişdik. Onlar da, bizi çətin matçın gözlədiyini dərk edirdilər. İstədiklərimizi yerinə yetirdilər və nəticədə xal qazandıq. Oyunçularımı təbrik edirəm. "Zirə"yə gələcək matçlarda uğurlar arzulayıram".

- Əli Səmədovu əvəzləməyiniz öncədən planlaşdırılmışdı, yoxsa zədə ilə bağlı idi?
- Planlaşdırdığımız əvəzetmə idi. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right