"Rəvan" "Dinamo"nun sabiq futbolçusunu baxışa çağırdı

Topaz Premyer Liqas;nda yaranan 20 günlük fasilədən istifadə edən "Rəvan” hazırlıqlarını Zaqatalada davam etdirir.

Newsport.az-ın məlumatına görə, "aslanlar” hazırlıq dönəmində iki yoldaşlıq oyununda qüvvəsini sınayacaqlar.  Qaraçuxur təmsilçisi Gürcüstanın  "Saburtalo” və  "Qəbələ”nin əvəzedici komandası ilə qarşılşacaq. 
Bundan əlavə transfer çalışmalarına davam edən komnda, baxışa yeni futbolçu cəlb edib. Bu futbolçu bosniyalı  Semir Hadzibuliçdi. 29 yaşlkı futbolçu artıq Bakıya gəlib. O, Zaqatalaya yollanaraq komandanın məşqlərinə qoşulacaq.   Onunla bağlı yekun qərarı isə məşqçilər korpusu verəcək.
Qeyd edək ki,29  yaşlı yarımmüdafiəçi bir neçə klubun formasını geyinib. Onun oynadığı ən məşhur klub "Dinamo Tbilisi” olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right