“Sumqayıt”da “qapıçı üsyanı”: Bayramov oyunlara çıxmaq istəmir

“Sumqayıt”da daxili ab-hava gərginləşib. Çoxdandır bir-biri ilə kəlmə kəsməyən klub prezidenti və baş məşqçi hərəsi özünü təmizə çıxarmaq haqda düşünür. Riad Rəfiyev futbolçuları cərimələməklə çıxış yolu axtarırsa, Samir Abasov “bu komanda elə Diviziona düşməyə layiqdir” deməklə üstüörtülü çəkildə rəhbərliyi hədəfə gətirir.

Vəziyyət o qədər gərginləşib ki, bəzi futbolçular növbəti turda meydana çıxmaq istəmir. Maaşı kəsilən futbolçular narazıdırsa, qapıçı Aydın Bayramov qolunun ağrıdığını bildirərək məşq etməkdən boyun qaçırıb.

Baş məşqçinin son turdan sonra mətbuat konfransında onu tənqid etməsi, “Kəpəz”ə məğlubiyyətə görə əsas günahkar sayması Bayramovu əsəbləşdirib. Abasovun paltardəyişmə otağında su qabını Aydına atması ilə iplər tamamilə qopub. O da dirsəyinin ağrıdığını deyərək növbəti oyunlara çıxmamağa qərar verib.

Vəziyyət dəyişməsə, “Səbail”lə qarşıdakı matçda “Sumqayıt”ın qapısını İlnur Valiev qoruyacaq. 20 yaşlı oyunçunun debütü məşqçilərə limitlə bağlı da problem yaradacaq. Əlcək sahibi Rusiya vətəndaşı sayıldığından, legioner kimi çıxış edəcək, belədə əsas heyətin əcnəbi üzvlərindən kimsə ehtiyatda oturmalı olacaq.

Futbolinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right