Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start verilir.
Newsport.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq. "Zirə" öz meydanında "Şamaxı"nı sınağa çəkəcək. Matç saat 17:00-da start götürəcək.
25-ci turun digər görüşləri 4-5 mart tarixlərində keçiriləcək.
3 mart (cümə)
“Zirə” – “Şamaxı” 2:2
Qollar: Keyta 29, Nihad Quliyev 80(avtoqol) - Amil Yunanov 60 (p), Kamran Quliyev 73
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Cəmil Quliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Zirə İdman Kompleksinin stadionu, 17:00