"Buna görə azarkeşlərdən üzr istəyirəm"

“Tottenhem”in məşqçisi Kristian Stellini “Şeffild Yunayted”ə 0:1 hesabı ilə uduzaraq İngiltərə kuboku ilə vidalaşdıqları üçün azarkeşlərdən üzr istəyib.

Newsport.az xəbər verir ki, “BBC”ə danışan italiyalı mütəxəssis 

"Bu matçlarda qalib gələ bilməmisənsə, demək ki, nəsə səhv gedib. Nəsə mükəmməl deyildi. Gücümüz çatmadı ki, rəqibi çətin vəziyyətə salaq. Qol vurmaq imkanlarımız oldu, amma indi buraxılan qolu təhlil etməliyik. Əvəzetmələr bizə lazım olan sürəti verdi, amma hələ çox işimiz var. Buna görə azarkeşlərdən üzr istəyirəm. Onlar daha yaxşısına layiqdirlər”.

“Tottenhem” Premyer Liqada 25 matçdan sonra 45 xalla dördüncü pillədədir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right