"Şamaxı"nın hücumçusu "Zirə"yə qarşı oynamayacaq

"Şamaxı" Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində səfərdə "Zirə"nin qonağı olacaq.

 

Newsport.az xəbər verir ki, bölgə klubu bu qarşılaşmaya itki ilə çıxacaq. "Şirlər"in hücumçusu Emil Qasımov zədəlidir. 22 yaşlı futbolçu paytaxt səfərində komandaya kömək edə bilməyəcək.

 

"Şamaxı"nın müdafiəçisi Arsen Ağcabəyov isə zədəsini sağaldıb.

 

Qeyd edək ki, "Zirə" - "Şamaxı" matçı 3 mart tarixində saat 17:00-da Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right