"Neftçi" 6 oyundan sonra "Qarabağ"dan xal alıb

"Neftçi" futbol üzrə Azərbaycan Premyer Liqasında 20 aydan sonra "Qarabağ"dan xal alıb.

Newsport.az-ın məlumatına görə, bu, XXIV tur oyununa təsadüf edib.

"Azersun Arena"dakı görüş 1:1 hesabı ilə başa çatıb. "Ağ-qaralar" əvvəlki 6 qarşılaşmada rəqibinə məğlub olub. Paytaxt təmsilçisinin son qələbəsi 2021-ci il mayın 19-da qeydə alınıb.

Həmin vaxt "Neftçi" son dəqiqələrdə Ahmed Ahmedovun vurduğu qolla çempionluğunu rəsmiləşdirib.

Hazırkı matç həm də yubileylə əlamətdar olub. Bu, tərəflər arasındakı 90-cı oyun kimi tarixə düşüb.

Bundan əlavə, "köhlən atlar"ın qalib gəldiyi son 6 görüşdə 3 və daha qol vurulmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right