Diakabi "Neftçi"yə qarşı niyə oynamayıb?

"Qarabağ"ın yeni transferi Adama Diakabi zədələnib.

Newsport.az xəbər verir ki, bu səbəbdən o, Misli Premyer Liqasının 24-cü turunda dünən keçirilən "Neftçi"yə qarşı mərkəzi matçda (1:1) iştirak etməyib. Yüngül zədəsi olan 26 yaşlı hücumçunun ölkə çempionatının 25-ci turunda "Qəbələ" ilə görüşdə oynayacağı gözlənilir.

Qeyd edək ki, martın 5-i keçiriləcək "Qəbələ" - "Qarabağ" oyunu saat 17:00-da başlayacaq.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right