Azərbaycan Premyer Liqasının 24-cü turunda "Azersun Arena"da keçirilmiş “Qarabağ” - “Neftçi” görüşündə zədələnən Ataa Caber tibbi müayinədən keçib.
Newsport.az xəbər verir ki, "Neftçi"nin baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında israilli futbolçunun durumu haqda bunları deyib:
"Ataa Caber oyun zamanı diz qapağından aşağı 3-4 sm uzunluğunda deşilmiş yara ilə əlaqədar klinikaya yerləşdirildi. İlkin müayinədən sonra sümüklərinin tamlığının pozulmadığı müəyyənləşdi, vətərlərinin də tamlığında ciddi problem yoxdur. Cərrahi işlənilərək xəstəyə elastik bandajla sıxıcı sarğı qoyuldu və o, evə buraxıldı. Sonrakı müayinələr üçün futbolçuya təkrar baxılacaq. Yəqin ki, 10 gündən sonra tikişləri söküləcək, daha sonra isə fərdi hərəkətlərə başlayacaq".
Yarımmüdafiəçi "Qarabağ"a qarşı görüşün ikinci yarısında Leandro Andrade ilə mübarizə zamanı sürüşmə fəndi edərkən zədələnmiş və dərhal xərəkdə xəstəxanaya aparılmışdı.