Azərbaycan derbisində polislə azarkeşlər arasında gərgin anlar

Azərbaycan Premyer Liqasının 24-cü turunun "Qarabağ" - "Neftçi" matçında gərgin anlar yaşanıb.

Newsport.az xəbər verir ki, Azərbaycan derbisində Ağdam təmsilçisinin bərabərlik qolundan sonra "ağ-qaralar"ın azarkeşləri meydana pirotexniki vasitələr atıb.

"Qarabağ"ın qapıçısı Luka Quqeşaşvili isə həmin vasitələri azarkeşlərə tərəf tullayib. Bundan sonra gərgin anlar baş verib, "Neftçi" azarkeşləri ilə polis arasında mübahisə yaranıb. Nəticədə fanatlar stadiondan kənarlaşdırılıb.

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" qarşılaşması 1:1 hesablı bərabərliklə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right