Bu gün Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində "Qarabağ" - "Neftçi" matçı keçiriləcək.
Newsport.az xəbər verir ki, Ağdam təmsilçisi Azərbaycan derbisinə itkilərlə çıxacaq. Belə ki, Konfrans Liqasının pley-off mərhələsinin "Gent"lə ilk görüşündə zədələnən Marko Yankoviç "Neftçi" ilə görüşdə meydanda olmayacaq.
Monteneqroludan savayı, öncədən zədəli olan Şahruddin Məhəmmədəliyev və Abbas Hüseynov da bugünkü görüşdə oynaya bilməyəcək.
“Qarabağ” və “Neftçi” arasındakı görüşə bu gün saat 20:00-da start veriləcək.