Vüqar Mustafayevin 200-cü oyunu

Azərbaycan Premyer Liqasının 24-cü turunda “Kəpəz”lə keçirilən oyun “Sumqayıt”ın yarımmüdafiəçisi Vüqar Mustafayev üçün yubileylə əlamətdar olub. Newsport.az xəbər verir ki, 29 yaşlı oyunçu çempionatda 200-cü oyununa çıxıb.
 
Bu, “Kəpəz”ə evdə 1:2 hesabı ilə məğlub olduqları matça təsadüf edib. Mustafayev çempionat keçirdiyi 200 görüşdə 2 qol vurub.
 
Vüqar Mustafayevin debütü 2013-14 mövsümündə “Bakı” klubunun heyətində reallaşıb. Futbolçu karyerası ərzində elitada 5 komandanın şərəfini qoruyub. O, “Bakı”da 16, “Simurq”da 12, “Qarabağ”da 8, “Zirə”də 77, “Sumqayıt”da isə 87 oyuna çıxıb. Vüqar “Qarabağ” və “Zirə” ilə matçda fərqlənib.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right