Bu gün Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulacaq.
Newsport.az xəbər verir ki, turun sonuncu matçı lider “Qarabağ”la əzəli rəqibi “Neftçi” arasında baş tutacaq.
Avrokuboklarda mübarizəni dayandıran Ağdam klubu Azərbaycan derbisində qazanılacaq qələbə ilə Belçikadakı uğursuzluğu unutdurmağa çalışacaq. “Neftçi” isə əzəli rəqibinin zirvədəki mövqeyini daha da möhkəmləndirməməsi üçün əlindən gələni edəcək.
Turun daha öncə baş tutan oyunlarında “Səbail” – “Qəbələ” matçı heç-heçə (2:2) bitibsə, “Turan Tovuz” “Zirə”yə (0:2), “Sumqayıt” “Kəpəz”ə (1:2) uduzub, “Şamaxı” da “Sabah”ı məğlub yola salıb.
Azərbaycan Premyer Liqası
XXIV tur
27 fevral
20:00. “Qarabağ”– “Neftçi” 1:1
Qol: Höccət Haqverdi, 82 (avtoqol) - Kilan Lebon, 33
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə.
Bakı. “Azersun Arena”, 20:00.