Azərbaycan çempionu olmuş baş məşqçi dünyasını dəyişdi

Azərbaycanın təcrübəli futbol mütəxəssislərindən Qəhrəman Əliyev vəfat edib. 

Newsport.az-ın məlumatına görə, veteran futbolçu uzun müddətlik ağır xəstəlikdən sonra veteran futbolçu 63 yaşında dünyasını dəyişib. Əliyev 2020-ci ildə koronavirusa yoluxmuş, daha sonra komaya düşmüşdü.

Qeyd edək ki, Qəhrəman Əliyev "Şəmkir", "Masallı", MOİK, "Olimpik", "Bakı" kimi klublarda çalışıb. O, 2022/2003 mövsümündə "Şəmkir"lə Azərbaycan çempionu olub. Əliyev Azərbaycanın U-19 millisinin də baş məşqçisi olub.

Allah rəhmət eləsin!





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right