“Qarabağ” – “Neftçi” matçının biletləri sabah satışa çıxarılacaq

Premyer Liqanın 24-cü turunda keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasının biletləri sabah 11:00-dan etibarən satışa çıxarılacaq.

Newsport.az-ın məlumatına görə, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Biletləri sabah yalnız iticket.az-dan onlayn ala bilərsiniz. Oyun günü isə biletlər iticket.az və “Azersun Arena”nın kassasında satışda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right