"Sabah"ın məşqçisi: "Yəqin ki, rəqibləri düzgün qiymətləndirmirik"

"Sabah"ın məşqçisi Artur Olenin Premyer Liqanın 24-cü turunun "Şamaxı" (2:1) ilə oyunundan sonra mətbuat konfransında iştirak edib.

Newsport.az xəbər verir ki, o, komandasının məğlubiyyəti haqda bunları deyib: "İlk hissəyə çox pis başladıq. Heç nə istədiyimiz kimi olmadı. Bərbad başlanğıc oldu. İkinci yarıda da müdafiədə yol verdiyimiz kobud səhvlər nəticəsində qollar buraxdıq. Buna görə də, məğlub olduq".

Masazır klubununu məşqçisi autsayder klublarla oyunlarda xallar itirmələrinə belə açıqlama gətirib: "Yəqin ki, rəqibləri düzgün qiymətləndirmirik. Böyük ehtimalla, bizə qarşı oynayan rəqiblər oyuna bizdən daha yaxşı köklənirlər".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right