"Kəpəz" "Sumqayıt"a, "Şamaxı" "Sabah"a qalib gəldi Yenilənib

Azərbaycan Premyer Liqasında 24-cü tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə “Zirə” Tovuzda “Turan Tovuz”la qarşılaşıb. Oyun Rəşad Sadıqovun komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün ikinci matçında “Səbail” doğma meydanda “Qəbələ”ni qəbul edib. Dörd qolun qeydə alındığı bu oyunda isə qalib müəyyənləşməyib.

Daha iki oyun bu gün keçirilib. Çempionatın iddialılarından “Sabah” Şamaxıda eyniadlı komanda ilə üz-üzə gəlib. Oyun qonaqların üstünlüyü şəraitində keçsə də, qələbə qazanan Şamaxı təmsilçisi olub.

“Kəpəz” isə səfərdə “Sumqayıt”la münasibətinə aydınlıq gətirib. Qarşılaşma qonaq komandanın qələbəsiylə yekunlaşıb.

Turun mərkəzi matçı olan “Qarabağ” – “Neftçi” qarşılaşması isə fevralın 27-də baş tutacaq.


Azərbaycan Premyer Liqası
XXIV tur


25 fevral

14:30. Şamaxı – Sabah 2:1

Qol: Amil Yunanov, 72; 90+4-pen – Aleksey Kaşuk, 77.
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Eyyub İbrahimov, Əli Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
Şamaxı şəhər stadionu


17:00. Sumqayıt – Kəpəz 1:2
Qol:
Yusif Nəbiyev, 88-öz qapısına – Ahmed Ayzaya, 6. Martins Junior, 38.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cəmil Quliyev, Kamal Umudlu
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sumqayıt, şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right