"Qarabağ”ın oyununda Türkiyəyə dəstək şüarı

"Qarabağ"ın Konfrans Liqasının pley-offunda hazırda davam edən "Gent"lə cavab oyununda azərbaycanlı azarkeşlərlə yanaşı, Türkiyənin bəzi futbol klublarının 100-dən çox azarkeşi də iştirak edir.

Newsport.az-ın məlumatına görə, onlar eyni sektorda yer alıblar və "Qarabağ"a dəstək nümayiş etdiriblər. Azarkeşlər Türkiyədə baş verən zəlzələ ilə bağlı dəstək şüarları da səsləndiriliblər. Oyunun gedişatında onlar Azərbaycan və Türkiyə bayrağı dalğalandırıblar və "Azərbaycan, Türkiyə" şüarları söyləyiblər.

Qeyd edək ki, "Qarabağ"la "Gent" arasındakı Bakıdakı ilk matçda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Fəlakət nəticəsində 43 min nəfərdən çox insan həyatını itirib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right