Redon Cica: "Qarabağ"a ehtiyat oyunçular skamyasında oturmaq üçün gəlməmişəm"

“Qarabağ”ın albaniyalı futbolçusu Redon Cica Albaniya mətbuatına müsahibə verib. Newsport.az xəbər verir ki, “Supersport”a danışan Cica Ağdam klubunun Konfrans Liqasının pley-off mərhələsinin “Gent”lə görüşü barədə də danışıb. 

- “Qarabağ”dakı ilk günləriniz necə keçdi?
- Bir aya yaxındır ki, buradayam və məni çox yaxşı qarşıladılar. Start heyətində də meydana çıxmağa macal tapmışam. “Qarabağ”a uyğun oyun üslubum var, amma hələ görüləsi işlər var.

- Albaniya və Azərbaycan futbolu arasında hansı fərqlər var?
- Burada daha sürətli və fiziki futbola üstünlük verirlər. Albaniyada tez-tez heç-heçə üçün oynayırlar, ona görə oyunda vaxt çox dayanır. Azərbaycanda isə daha çox temp, daha çox imkan yaranır. Xüsusilə oyunun ritmində və sürətində, həm də fiziki aspektdə böyük fərq var.

- Ansi Aqolinin "Qarabağ"da unudulmaz iz qoyması sizə kömək etdi?
- Bura gəlməmişdən əvvəl Ansi ilə danışdım. Ancaq bu ay ərzində hamının onu bəyəndiyini gördüm. Ansi “Qarabağ”ın əfsanəsidir və tez-tez onu xatırlayırlar. Ümid edirəm ki, nə vaxtsa “Qarabağ”da Ansi ilə eyni yeri tutacam.

- Ötən cümə axşamı "Qarabağ" - "Gent" oyunu oldu. Konfrans Liqasının bu mərhələsində debüt etdiyiniz zaman hansı hissləri yaşadınız?
- “Tirana” ilə pley-offda oynamışam. Amma burada başqa emosiyalar var idi. Əvvəlcə çox həyəcanlı idim, amma meydana daxil olan kimi bütün diqqət oyuna yönəldiyindən həyəcan arxa plana keçdi.

- “Gent”lə matçda vurduğunuz top dirəyə dəydi. Həmin epizodu neçə dəfə xatırlamısız? Sonda daha bir fürsəti əldən verdiyinizi xatırladınız?
- Dəfələrlə. Amma bəxt məndən yana deyildi. Edəcək bir şey yoxdur. Ümid edirəm ki, qollarım tezliklə gələcək.

- Sizin mövqeyinizdə rəqabət var?
- Artıq beş ildir ki, Abdullah Zubir “Qarabağ”da oynayır. Oynamaq üçün əlimdən gələni edəcəm. “Qarabağ”a ehtiyat oyunçular skamyasında oturmaq üçün gəlməmişəm. Hər birimiz oynamağa çalışacağıq.

- Sizcə, yanvardakı transfer olmaq dərhal uyğunlaşmağa imkan vermir?
- Bu baxımdan, yaydan daha çətindir. Çünki komandalar artıq komplektləşir və çox dəyişiklik tələb olunmur. Ümid edirəm ki, ən qısa zamanda uyğunlaşacam. Məsələn, Murto Uzuni tez adaptasiya olmasa da, qolları ilə ad çıxarır. Ümid edirəm ki, mən də qollarımı vuracam. 

- “Qarabağ”dan necə təklif almağınız barədə bir az danışın...
- Təklifi alanda bunun zarafat olduğunu düşündüm, çünki məni transfer etmək istəyən bir neçə komanda hər gün əlaqə saxlayırdı. Komanda yoldaşlarımın arasında idim, onlarla danışırdım. Menecerlə görüşəndə dedi ki, sövdələşmə bağlanıb, sonra hər şeyin ciddi olduğunu başa düşdüm. Düşünürəm ki, düzgün seçim etmişəm. Çünki “Qarabağ” Avropada tanınmış komandadır, Azərbaycanda isə əsas qüvvədir.

- Bu transfer milli komandaya gələcək toplanışlara dəvət olunmağınıza təsir edəcək?
- Bilmirəm. Bəlkə də təsir edəcək. Çünki səni milliyə dəvət edirlərsə, demək ki, keyfiyyətli futbolçusan. Hər bir futbolçu milliyə dəvət olunmaq arzusundadır. Bu haqda düşünmürəm demək axmaqlıq olardı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right