Azərbaycanda çempion olmuş futbolçu məşqçiliyə başladı

Azərbaycanda Bakı "İnter"i (indiki "Şamaxı") və "Neftçi"də çıxış etmiş Giorgi Navalovski məşqçiliyə başlayıb.

Newsport.az xəbər verir ki, o, "Saburtalo" klubunda çalışacaq. Bu barədə Gürcüstan təmsilçisinin saytı məlumat yayıb. Bildirilir ki, Navalovski baş məşqçi Omar Tetradzenin köməkçisi təyin edilib.

Navalovski 2009-2010 mövsümünün ikinci yarısında "İnter"də icarə əsasında çıxış edib və Azərbaycan çempionu olub. 2016-2017 mövsümündə "Neftçi"də oynayan futbolçu "ağ-qaralar"ın heyətində 13 matça çıxıb. O, keçən ilin dekabrında futbolçu karyerasını başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right