Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Newsport.az xəbər verir ki, son oyun günündə də iki matç keçiriləcək. “Leyptsiq” “Mançester Siti”ni, “İnter” “Portu”nu qəbul edəcək. Hər iki görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması martın 14-ü keçiriləcək.
22 fevral
UEFA Çempionlar Liqası1/8 final mərhələsi, ilk oyunlar
00:00. "Leyptsiq" (Almaniya) - "Mançester Siti" (İngiltərə)
Leyptsiq, "RB Arena"
00:00. "İnter" (İtaliya) - "Portu" (Portuqaliya)
Milan, "San Siro" stadionu