Millimizin rəqibi “Şalke”dən imtina etdi

AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko Almaniyadan təklif alıb. Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, bir neçə gün əvvəl Belçika yığmasının sükanı arxasına gətirilən 38 yaşlı mütəxəssis “Şalke”nin maraq dairəsinə düşüb.
 
Bundesliqa təmsilçisi Tedeskonu baş məşqçi postuna gətirmək istəyib. Hətta ona eyni anda Belçika yığmasında çalışması da təklif olunub. Lakin Tedesko bütün diqqətini yığmaya ayırmaq üçün bunu rədd etdiyini bildirib: “Eyni vaxtda iki yerdə işləmək hər iki tərəfə hörmətsizlik olar. İndi bütün fikrimi AVRO-2024-ün seçmə mərhələ oyunlarına yönəltmişəm”.
 
Qeyd edək ki, Azərbaycanla Belçika arasında ilk oyun sentyabrın 9-da Bakıda, noyabrın 19-da isə Brüsseldə keçiriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right