Yığmamızın futbolçusu Cənubi Koreya klubuna keçdi

Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Tecon Xana Sitizen” klubuna keçib. Newsport.az xəbər verir ki, bu barədə futbolçunun son komandası olan Plotsk “Visla”sı rəsmi saytı vasitəsilə məlumat yayıb.
 
Bildirilib ki, “Neftçi”nin sabiq üzvü yeni komandasına birdəfəlik transfer olunub. “Tecon Xana Sitizen” Cənubi Koreyada K Liqa 1-ə yeni yüksəlib.
 
Qeyd edək ki, Anton Krivotsyuk “Visla”ya 2021-ci ilin yayında “Neftçi”dən keçib. 25 yaşlı müdafiəçi Polşa klubunun heyətində ümumilikdə 28 oyunda 3 qol vurub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right