Mahir Emreli “Konyaspor”un bugünkü məşqində

Millimizin futbolçusu Mahir Emrelinin yeni komandası "Konyaspor" “Fənərbaxça” ilə 14-cü turdan təxirə salınan matçın hazırlıqlarını bir günlük fasilədən sonra yenidən bərpa edib.

Newsport.az-ın məlumatına görə, M.Emreli də məşq də iştirak edib. 

Qeyd edək ki, sabah “Konyaspor” Türkiyə 2-ci liqa təmsilçisi "Ayfonspor"la yoxlama oyunu keçirəcək. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 

Fevralın 25-də isə “Konyaspor” “Fənərbaxça" ilə qarşılaşacaq.

Qeyd edək ki, "Konyaspor" Mahir Emrelini bu mövsümün sonunadək "Dinamo"dan (Zaqreb) icarəyə götürüb





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right