Mahir Emreli “Fənərbaxça”ya qarşı oynamayacaq

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin “Konyaspor”da rəsmi debütü ləngiyəcək. Newsport.az xəbər verir ki, 26 yaşlı forvard Türkiyə Super Liqasının 23-cü turundan “Fənərbaxça” ilə təxirə salınmış görüşdə meydana çıxa bilməyəcək.
 
Buna səbəb onun transferinin fevralın 6-dan sonra reallaşmasıdı. Emreli ilə yanaşı, digər yeni transferlər Metehan Mert, Alexandro Pozuelo və Marlos Moreno da İstanbul nəhəngi ilə matçda iştirak etməyəcək.
 
Məsələ burasındadı ki, “Fənərbaxça” – “Konyaspor” görüşü ayın 6-da baş tutmalı idi. Lakin Türkiyədə baş vermiş zəlzələ səbəbindən oyun ayın 25-nə təxirə salınıb.
 
Əvəzində Emreli “Afyonspor”la sabah keçiriləcək xeyriyyə xarakterli yoxlama görüşündə meydana çıxa biləcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right