AFFA-nın növbəti Hesabat Konfransının vaxtı bəlli olub

AFFA-nın növbəti Hesabat Konfransının vaxtı dəqiqləşib.
 
Newsport.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantı martın 7-də olacaq.
 
Konfransdan dərhal sonra İcraiyyə Komitəsinin iclası keçiriləcək.
 
“Fairmont” hoteldəki tədbir saat 10:00-da start götürəcək.
 
Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
 
- Prezident tərəfindən iclasın açıq elan edilməsi
 
- Konfransın tərkibinin yoxlanılması;
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təsdiq olunması;
- Maliyyə hesabatlarının təsdiq olunması;
- Müstəqil auditorun hesabatını nəzərə almaq;
- Hər hansı vakant vəzifəyə seçkilər;
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması;
- Digər məsələlər.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right