Rəşad Sadıqov: "O, Azərbaycan millisini seçsə, məni sevindirəcək"

Azərbaycan Premyer Liqasında XXIII turun “Zirə” – “Qarabağ” (0:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi...

- Futbolçularıma təşəkkür edirəm. Çox yaxşı mübarizə apardılar. Son oyunda gözlənilməz və məyusedici şəkildə “Səbail”ə məğlub olmuşduk. İlk dəqiqələrdən istəkli idik. Meydanboyu təzyiq etməyə çalışırdıq. Yaxşı əks-hücumlarımız oldu. Müdafiədə səhvlərdən qapımız qarşısında təhlükələr oldu. Düşünürəm ki, azı 1 xala layiq idik. Bəzən işlər istədiyin kimi getmir. Bu da həmin matçlardan idi.

- Toni Qomes Antalya toplanışında özünü yaxşı tərəfdən göstərirdi, amma çempionatda oynamır. Bunun səbəbi nədir?
- 2-3 əlavə futbolçu var ki, onları da əsas heyətdə oynatmaq istəyərəm. Rəqabət var. Seçim edəndə hansısa keyfiyyətlərə görə futbolçunu seçirsən. Bu gün sağ cinahda Rüstəmə üstünlük verdik. Toni sol cinahda daha effektivdir. Orada da rəqabət daha çoxdur. Bu futbolçuya daha çox şans vermək istəyirəm. Sadəcə, oyun elə gedirdi ki, hər hansı dəyişiklik oyunu “sındıra” bilərdi. Buna görə də son dəqiqələrdə şans verdik.

- İlk oyununa çıxan Eldar Quliyevin çıxışı barədə nə deyə bilərsiz?
- Eldar hələ hazır deyil. Son rəsmi oyununu noyabrda keçirib. Komanda ilə təlim-məşq toplanışında da olmayıb. Bu gün şans verdim ki, çempionatı hiss etsin. Hərəkətli futbolçudur, əks-hücumlarda effektiv olacağını gözləyirdik. əslində alınırdı da. Bir az fərqli də oynamaq olardı. Bu gün göstərdiyi oyun məni qane etdi.

- Sərtan Taşkının yoxluğu nə dərəcədə hiss olundu7
- Sərtan elə futbolçudur ki, həm startda başlaya bilir, həm sonradan daxil olanda effekt verir. Rüstəm, Qismət yorulmuşdu, onların əvəzinə meydana çıxa bilərdi. Sərtanın olmaması itkidir. Yeni qoşulan futbolçular da zədəlidir. Heyətdən hələ tam istifadə edə bilmirik.

- “Qarabağ”ın “Gent”lə matçdan sonra rotasiyalar edəcəyi gözlənilirdi. İlk dəqiqələrdən irəli atılmışdız. Qol vursaydız, fərqli ssenari izləyə bilərdik?
- Bilmək olmazdı. Bəlkə də, rəqib daha böyük qüvvə ilə irəli atılardı. Burada 1:7 uduzduğumuz oyunda, hesabı biz açmışdıq. Belə rəqiblərə qarşı sonlarda fərqlənmək daha yaxşıdır. Hər halda, qol üstünlükdür. “Qarabağ”ın heyətində daim rotasiyalar olur. Əvvəllər ikinci heyyətlə oynadıqlarını demək olardı. İndi nə qədər rotasiya etsələr də, meydanda çox güclü heyət olur.

- Əvəzetmələri bir qədər tez etmək olmazdı?
- Hər şey yaxşı gedirdi. Mən nəticəyə görə dəyişiklik edən məşqçi deyiləm. Rəqibdən həmlə gəldikdən sonra dəyişikılik etdik.

- Eldar Quliyev Ukrayna vətəndaşıdır. Onun milliləşdirilməsi və yerli statusunda oynaması gündəmdədir?
- Mən transfer etdikdə özünə də demişdim ki, yerli kimi görmürəm. 1 il idi, komandamda görmək istəyirdim. Sadəcə, Ukraynada qalmağı seçmişdi. O, Azərbaycan millisini seçsə, məni sevindirəcək. Legioner kimi də oynaya bilər. Özü qərar versin. Mən istəyərəm ki, Azərbaycan millisində oynasın. Buna sevinərəm.

- Hakimlikdən çox narazı görünürdüz...
- Bugünkü hakimlikdən razıyam. Epizoda çılğın etiraz bildirə bilərsən. Bu da xırda follarla bağlıdır. Ümumən hugünkü hakimlik yaxşı idi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right