Sadıq Sadıqov "Qarabağ" və "Qəbələ"ni təbrik etdi

“Neftçi İdman Klubu" İctimai Birliyinin idarəetmə aparatının rəhbəri, "Neftçi" PFK Müşahidə Şurasının üzvü Sadıq Sadıqov “Qarabağ” və "Qəbələ" klublarını Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

Newsport.az-ın məlumatına görə, Sadıq Sadıqov UEFA Avropa Liqasının pley-off mərhələsində İsveçrə və Yunanıstan təmsilçilşiləri ilə görüşlərdə tarixi zəfərə imza atan "Qarabağ" və "Qəbələ"nin rəhbərliyi, məşqçilər heyəti, futbolçular və bütün əməkdaşlarına gələcək qarşılaşmalarda da uğurlar arzulayıb.

Doğma klublarımız "Qarabağ" və "Qəbələ"nin Avropanın böyük futbol ailəsində olmağı tək idman yox, eyni zamanda xalqımızın uğuru baxımından böyük nailiyyət adlandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right