Hazırda davam edən Premyer Liqanın 23-cü turunun "Sabah" - "Turan Tovuz" matçında ara qarışıb.
Newsport.az xəbər verir ki, ev sahibi komandanın baş məşqçisi Murad Musayev baş hakim Kamal Umudlunun təyin etdiyi penalti qərarına etiraz edib.
Referi ona qırmızı vərəqə ilə cəzalandırıb və bundan sonra Musayev onun üzərinə gedib. O, texniki zonadan qovulduğu zaman dördüncü hakimə də etirazını bildirib. "Sabah"ın baş məşqçisini çətinliklə sakitləşdirmək mümkün olub.
"Turan Tovuz" un futbolçusu Ayxan Quseynov isə təyin olunan penaltidən yararlana bilməyib.