Avropa Liqasının "pley off” mərhələsində "Qarabağ”ın İsveçrənin "Yanq Boys” klubunu, "Qəbələ”nin isə "Panatinaikos” səddini keçməsi Azərbaycan futbolu tarixində ilki qeydə alıb.
Newsport.az-ın məlumatına görə,belə uzun müddətlik futbol tariximiz ərzində ilk dəfədi ki, iki klubumuz Avropa Liqasının qrup mrhələsində mübarizə aparacaq.
Qeyd edək ki, bunadək "Qarabağ” ötən il və "Neftçi” 2012-ci ildə Avroliqalarda qrup həyəcanı yaşayıb.