Belçika klubu "Qarabağ"a təşəkkür edib

Belçika "Gent"i UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra "Qarabağ"a təşəkkür edib.

Newsport.az-ın məlumatına görə, bununla bağlı klubun sosial şəbəkə hesablarından paylaşım olunub.

"Bizi qəbul etdiyiniz üçün təşəkkürlər, "Qarabağ". Gözəl şəhər, sevimli insanlar, möhtəşəm oyun. Gələn həftə görüşənədək", - postda bildirilib.

Qeyd edək ki, "Qarabağ" - "Gent" matçı Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab qarşılaşması fevralın 23-də Belçikada olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right