Ramil Şeydayev: "Komandaya bir qol borcluyam"

“Qarabağ”ın futbolçusu Ramil Şeydayev Avropa Konfrans Liqasının pley-off mərhələsində “Gent”ə qalib gəldikləri (1:0) matç haqda fikirlərini bildirib.

Newsport.az xəbər verir ki, hücumçu oyundan sonra “CBC Sport”a açıqlamasında əvvəlcə görüş haqda təəssüratlarını bölüşüb:

“Çox sevinirəm ki, qələbə qazandıq. İlk oyunda qalib gəldiyimizə görə cavab matçına yaxşı əhval-ruhiyədə gedəcəyik”.

Şeydayev yararlana bilmədiyi penalti epizodu ilə bağlı da danışıb: "Penalti lotoreya kimidir. Əvvəllər vurmuşam, indi alınmadı. Böyük futbolçular da bəzən penaltidən yararlana bilmir. Futbolda belə də olur. Artıq komandaya bir qol borcluyam. Qarşıdakı oyunlarda bunun əvəzini çıxmağa çalışacağam”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right