"Ot örtüyünü təcili dəyişməliyik" – Rövnəq Abdullayev

"Gözəl oyun oldu. "Qarabağ" ikinci dəfədir ki, qrup mərhələsinə vəsiqə qazanır. Qrup mərhələsində oynamaq Azərbaycan futbolunda bir ənənəyə  çevrilib".

Newsport.az-ın məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev "Qarabağ"ın Avropa Liqasının "pley-off" mərhələsində "Yanq Boyz"a qalib gələrək (3:0) qrup mərhələsinə yüksəldiyi oyundan sonra deyib.

O, Ağdam klubuna bu gün belə gözəl anlar yaşatdığı üçün təşəküür edib:

"İnanıram ki, qrup mərhələsində də gözəl oyun sərgiləyəcəklər".

R.Abdullayev Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü ilə bağlı tədbir görəcəklərini  vurğulayıb:

"Ot örtüyünü təcili dəyişməliyik".

AFFA prezidenti "Qəbələ"yə də "Panatinaikos"la matçda uğurlar arzulayıb:

"İnanıram ki, Yunanıstandan da xoş xəbər eşidəcəyik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right