“Qarabağ” – “Gent” matçına yalnız bu üç sektora bilet qalıb

Avropa Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Gent” oyununun biletləri tükənmək üzrədir.

Newsport.az xəbər verir ki, hazırda yalnız 5, 24 və 27-ci sektorların biletləri satışda var.

Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Biletləri iticket.az saytından və kassalardan ala bilərsiniz.

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gent” matçına saat 21:45-də start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right