Futbol üzrə Azərbaycan I Divizionunda XVII tura yekun vurulub.
Newsport.az-ın məlumatına görə, bu gün "Kəpəz-2" doğma meydanda "Turan Tovuz-2"ni qəbul edib. Qarşılaşma Gəncə təmsilçisinin minimal hesablı qələbəsiylə başa çatıb.
Xallarını 29-a yüksəldən "Kəpəz-2" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Turan Tovuz02" isə 31 xalla 2-ci yerdədir.