Azərbaycanlı hakimlər Türkiyədə 3 oyun idarə edəcək

Türkiyənin Antalya və Alanya şəhərlərində təlim-məşq toplanışında olan qadınlardan ibarət milli komandaların hazırlıq xarakterli turniri keçirilir.

Newsport.az-ın məlumatına görə, Türkiyə Futbol Federasiyasının müraciəti əsasında AFFA-nın Hakimlər Komitəsi tərəfindən FIFA referisi Fəridə Lütfəliyeva, həmçinin FIFA referi köməkçiləri Sevda Nuriyeva və Gülnurə Əkbərzadə Türkiyəyə ezam olunub.

Hakimlərimiz turnir çərçivəsində bu gün Estoniya – Kosovo,  fevralın 18-də Makedoniya – Bolqarıstan, fevralın 21-də isə Estoniya – Makedoniya oyunlarını idarə edəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right