"Qarabağ" "Gent"i məğlub etdi Yenilənib

“Qarabağ” bu gün Avropa Konfrans Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq.

Newsport.az xəbər verir ki, Ağdam təmsilçisi Belçikanın “Gent” komandası ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 21:45-də start veriləcək.

“Gent”lə qarşılaşma Ağdam təmsilçisinin Konfrans Liqasının pley-off mərhələsində ikinci sınağıdır. “Qarabağ” ötən il bu mərhələdə Fransanın “Olimpik” (Marsel) komandası ilə qarşılaşmış və mübarizəni dayandırmışdı.

“Qarabağ”la “Gent” arasında cavab oyunu fevralın 23-də, Belçikada keçiriləcək.

Avropa Konfrans Liqası
1/16 finalın ilk oyunu
16 fevral

21:45. Qarabağ – Gent 1:0

QolLeandro Andrade, 78
Hakimlər: Məhəmməd Əl-Hakim, Fredrik Kliver, Robin Vilde, Boyan Pandziç (hamısı İsveç).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right