“Milan”ın baş məşqçisi Stefano Pioli Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Tottenhem" üzərində evdə qazandıqları qələbədən (1:0) sonra Londonda daha çətin olacağını bildirib.
Newsport.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan italiyalı mütəxəssis matç haqda bunları deyib:
"Oyundan razıyam. Lakin bu, yalnız ilk matçdır və növbəti oyun mütləq daha çətin olacaq. Bu matça taktiki cəhətdən hazırlaşmaq o qədər də çətin deyildi. Uşaqlarımın oyunundan razıyam. İkinci qolu vura bilərdik, çünki yaxşı imkanlarımız var idi".