Belçikalı hücumçu: "Diqqətimizi "Qarabağ"la oyuna yönəltmişik"

"Hazırda diqqətimizi "Qarabağ"la matça yönəltmişik".
 
Newsport.az-ın məlumatına görə, bunu Belçikanın "Gent" klubunun futbolçusu Uqo Kuypers Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən deyib.
 
26 yaşlı hücumçu növbəti mərhələyə yüksəlmək istədiklərini bildirib: "Mümkün qədər irəli getmək niyyətindəyik. Bir az şablon səslənir, ancaq bunu oyundan-oyuna, mərhələdən-mərhələyə edəcəyik. Ölkə çempionatındakı son qarşılaşma avrokuboklarda mümkün olan ən yaxşı nəticəni əldə edə biləcəyimizə ümid verdi”.
 
Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gent” oyunu saat 21:45-də start götürəcək.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right