“Gent”in futbolçusu: “Qarabağ” haqda onu bilirəm ki...

“Gent”in müdafiəçisi Maykl Nqadye-Nqadjyui Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək oyunu dəyərləndirib. Newsport.az xəbər verir ki, kamerunlu futbolçu Azərbaycan çempionu barədə çox məlumata malik olmadığını bildirib.
 
33 yaşlı mərkəz müdafiəçisi Ağdam klubunun topla oynamaq bacarığını xüsusi vurğulayıb:
 
“Qarabağ” haqda çox şey bilmirəm. Bilirəm ki, onlar hər il avrokuboklarda oynamağa öyrəşmiş komandadılar. “Qarabağ”ın çox yaxşı oyunçuları var. Onların əvvəlki oyunlarından iki və ya üç videotəkrara baxmışam. Çoxlu braziliyalı futbolçuları var. Topla yaxşı oynayan komandadı”.
 
“Gent”in hücumçusu Uqo Keypers isə mərhələ adlamağı hədəflədiklərini vurğulayıb: “Növbəti mərhələyə vəsiqə qazanmağa və mümkün qədər irəli getməyə ümid edirik. Bir az şablon səslənir, ancaq bunu oyundan-oyuna, mərhələdən-mərhələyə edəcəyik. İndi diqqətimizi “Qarabağ”la oyunlara yönəltmişik. Ölkə çempionatındakı son oyun avrokuboklarda mümkün olan ən yaxşı nəticəni əldə edə biləcəyimizə ümid verdi”.
 
Qeyd edək ki, bu komandalar arasında ilk oyun sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 21:45-də başlayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right