Ötən ilin may ayında "Sabah"dan ayrılan Spiro Periçiçin yeni klubu məlum olub.
Newsport.az xəbər verir ki, xorvatiyalı müdafiəçi ölkəsində oynayacaq. May ayından bəri klubsuz olan futbolçu birinci divizionda çıxış edən “Duqopolye” ilə müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müqavilənin müddəti açıqlanmyıb.
Qeyd edək ki, Perçiç ötən mövsüm "Sabah"da 15 oyun keçirib və 1 qol vurub.