Samir Abasov: "Transferlərdən razıyam"

Azərbaycan Premyer Liqasının XXII turunun "Sumqayıt" - "Şamaxı" matçından (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görə, o, əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...

- Vacib üç xal qazandıq. Fərqli hissələr oldu. İlk hissədə yaxşı oynadıq. Fasilədən sonra rəqib böyük üstünlüklə irəli atıldı. Futbolçularımı təbrik edirəm. Üç xal vacib idi.

- Kamran Əliyevin debütü necə alındı?
- Bu gün Dieqo Karrioka zədələnməsəydi, oynamazdı. Kamranın fiziki durumu yaxşı deyil. İlk oyunudur. Çətin olması başadüşüləndir.

- Son bir neçə oyunda komanda sürətli hücumlar qurur. Bunu həyata keçirmək üçün yeni futbolçulara ehtiyac var idi?
- Mən gələnə qədər olan dövrü təhlil etsək, komanda heç qol vura bilmirdi. Burada böyük problemlərimiz var idi. Əsas düşüncəmiz rəqib meydançasına sürətli getməkdir. "Neftçi" ilə oyunda da bunu bacara bildik. Sadəcə son zərbələrdə axsayırdıq. Bunları düzəldəcəyik. Alınmasa, bacaranı axtaracağıq. Yeni gələnlərə tam uyğunlaşmaq üçün vaxt lazımdır. Rəqib meydançasına qədər yaxşı gəlirik, amma ondan sonrası yaxşı alınmır.

- Masaki Muratadan razı qaldız?
- Ondan çox razıyam. Onun kimi futbolçulara ehtiyacımız var. Transferlərdən razıyam.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right