Vüqar Əsgərli: "Maliyyə problemimiz yoxdur"

Azərbaycan Premyer Liqasının XXII turunun "Sumqayıt" - "Şamaxı" matçından (1:0) sonra qonaq komandanın baş məşqçisi Vüqar Əsgərli jurnalistlərin suallarını cavablandırdı.
 

Newsport.az-ın məlumatına görə, o, əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...

- Oyuna Bakıda hazırlaşmışdıq. Şamaxıya qar yağır və bəzi çətinliklərimiz oldu. İkinci hissədə istədiyimiz oyunu sərgilədik. Rəqibi təbrik edirəm, layiqli qələbə qazandılar.

- Son 4 oyunda 3 məğlubiyyət almısız. Belə nəticələri gözləyirdiz?
- Bu, futboldur. Bilirdik ki, çətin oyunlarımız olacaq. Rəqibin heyətində keyfiyyətli oyunçular var. Əlimizdən gələni edəcəyik ki, xallar qazanaq və elitada qalaq.

- Komandada maliyyə problemləri olduğu deyilir...
- Belə problemimiz yoxdu. Qara görə öz meydanımızda hazırlaşa bilmirik. Çətinlik budur.

- Elvin Məmmədov və Amil Yunanovun çıxışını necə dəyərləndirirsiz?
- Yaxşı. Praktikalarının artması üçün oynamalıdırlar.

- Gənclərlə yanaşı, yerli təcrübəli futbolçular olsa, yaxşı olmaz?
- 1-2 təcrübəli futbolçu istəyirdik, lakin klubları buraxmadı. Oyunçular da ehtiyatda qalmağı seçdi.

- "Qarabağ"ın futbolçusu İsmayıl İbrahimlinin keçidinin baş tutmaması nə ilə bağlıdır?
- "Qarabağ"la razılığa  gələ bilmədik.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right