"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi "Uypeşt"dən Matiya Lyuyiçi icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər "Səbail"də forma geyinəcək.
Serbiyalı futbolçu bu sezon "Uypeşt"lə 13 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.